Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azadlıq prospektində avtobus zolağı ayrıldı - Fotolar
Ana Sayfa > Karusel / İnfrastruktur > Azadlıq prospektində avtobus zolağı ayrıldı - Fotolar

Azadlıq prospektində avtobus zolağı ayrıldı - Fotolar


5-09-2024, 17:42. Yazar: Admin

azadliq-prospektinde-avtobus-zolagi-ayrildi

Azadlıq prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün 3 km-ə yaxın xüsusi hərəkət zolağı təşkil edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edək ki, sözügedən prospektdən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120700-ə yaxın sərnişin daşınır.

 


Geri dön