Ana Sayfa > Karusel / Sosial > Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq


5-09-2024, 11:20. Yazar: Admin

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri çərçivəsində bu il Laçın və Füzuli şəhərlərində də “Smart DOST” məntəqələri yaradılacaq.

Bu barədə Qarabaginfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə hazırlıq işləri aparır.

“Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilir. Məntəqəyə daxil olub müraciət edən vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq DOST agentləri həyata keçirir.

Qeyd edilib ki, bundan əvvəl 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb.


Geri dön