Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda "Meymunçiçəyi" ilə bağlı görüləcək tədbirlər müzakirə olunub
Azərbaycanda "Meymunçiçəyi" ilə bağlı görüləcək tədbirlər müzakirə olunub5-09-2024, 10:10. Yazar: Admin |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu barədə Qarabaginfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Geri dön |