“Hökumətdə kadr dəyişikliyi dövlətçiliyin gücləndirilməsinə xidmət edəcək”.
Qarabaginfo.az “Unian“a istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, diplomatiya da daxil olmaqla, hazırda bir çox sahədə yeniliyə ehtiyac var.
Eyni zamanda, Zelenski işdən çıxarılan məmurların başqa vəzifələrə təyin oluna biləcəyini istisna etməyib.