Ana Sayfa > Karusel / Dünya > Rusiyanın Poltavaya zərbəsi 53 nəfərin həyatına SON QOYUB
Rusiyanın Poltavaya zərbəsi 53 nəfərin həyatına SON QOYUB4-09-2024, 12:47. Yazar: Admin |
Ukraynanın Poltava bölgəsində təhsil müəssisəsinə Rusiya qüvvələrinin zərbəsi nəticəsində 53 nəfər həlak olub. Qarabaginfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. “271 nəfər xəsarət alıb, 25 nəfər xilas edilib, onlardan 11-i dağıntılar altından çıxarılıb. Yenilənmiş məlumatlara görə, dağıntılar altında daha 5 nəfər ola bilər”, - deyə məlumatda bildirilir.
Rusiya ordusu Poltavaya endirilən zərbə ilə bağlı rəsmi açıqlama verməyib. Geri dön |