Ana Sayfa > Karusel / İdman > Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək? - ARAŞDIRMA
Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək? - ARAŞDIRMA4-09-2024, 11:55. Yazar: Admin |
Azərbaycan idmançılarının “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında uğurlu çıxışları davam edir. Hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq. Xatırladaq ki, bundan əvvəlki XVI Yay Paralimpiya Oyunları 2021-ci il avqustun 25-dən sentyabrın 6-na qədər Yaponiyanın Tokio şəhərində keçirilmişdi. Prezident İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən, Tokio Paralimpiadasında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün aşağıdakı pul mükafatları ayrılmışdı: - ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat; - üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat. Eyni zamanda idmançılar və onların məşqçiləri “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmətə görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə", “Əmək” ordenləri və "Tərəqqi" medalı ilə təltif edilmişdilər. Bundan başqa, bəzi məşqçilər Azərbaycan Prezidentinin Fəxri Diplomu verilmişdi. Geri dön |