Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İdman > İdmançılarımız Vətənə döndülər - Fotolar
İdmançılarımız Vətənə döndülər - Fotolar4-09-2024, 07:34. Yazar: Admin |
Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc qazanaraq ikinci olan parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə dönüb. Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıb, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri dön |