Avstraliyanın İrandakı səfiri İan Makkonvil səfirliyin “Instagram” səhifəsindəki paylaşımına görə XİN-ə çağırılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
“Avstraliya səfirliyi tərəfindən dərc edilən normaları pozan məzmun təhqiramiz və ziddiyyətlidir. Belə halların təkrarlanmasına yol verməmək lazımdır. Səfirə bununla bağlı kəskin etiraz bildirilib, bu hərəkəti qəti şəkildə pislənilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Avstraliya səfirliyi illik LGBTİQA+ məlumatlandırma günü ilə bağlı “Instagram”da paylaşım edib.