Ana Sayfa > Karusel / Dünya > Ukraynada bir sıra çağırışçılara səfərbərlikdən möhlət hüququ verilə bilər
Ukraynada bir sıra çağırışçılara səfərbərlikdən möhlət hüququ verilə bilər3-09-2024, 16:29. Yazar: Admin |
Ukraynada hərbi xidmətə məhdud yararlı sayılan yaşı 25-dək olan şəxslər səfərbərliyə cəlb olunmaya bilər. Qarabaginfo.az “ukranews”a istinadən xəbərinə görə, Ali Rada Səfərbərlik və Səfərbərlik Hazırlığı haqqında qanuna bununla bağlı dəyişikliyi birinci oxunuşda qəbul edib. Lehinə 295 deputatın səs verdiyi qanun qüvvəyə mindikdən sonra bu qəbildən olan çağırışçılara səfərbərlikdən möhlət hüququ veriləcək. Geri dön |