Ana Sayfa > Karusel / Region > “Həyatları üçün qorxmalıdırlar”- Medvedev BCM-nin hakimlərini hədələdi

“Həyatları üçün qorxmalıdırlar”- Medvedev BCM-nin hakimlərini hədələdi


3-09-2024, 14:41. Yazar: Admin

“Hər hansı dövlət Rusiya prezidenti Vladimir Putini Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edərsə, onların hakimləri öz həyatları üçün qorxmalıdırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Əgər mən bu məhkəmənin hakimləri və prokurorlarının yerinə olsaydım, ən böyük qorxum kiminsə onların qanunsuz orderini yerinə yetirməyə çalışması olardı. Belə olan halda onların həyatı bu pis kağız parçasından dəyərli olmayacaq”, – Medvedev bildirib.

Putin sentyabrın 2-də Monqolustana iki günlük rəsmi səfərə gedib. O, bunu Monqolustan prezidentinin dəvəti ilə edib. Ölkənin 2002-ci ildə BCM-nin fəaliyyət göstərdiyi Roma Əsasnaməsini ratifikasiya etməsinə və 2023-cü ildə ölkə nümayəndəsinin iki il müddətinə BCM-nin hakimi seçilməsinə baxmayaraq, Ulan-Bator Rusiya prezidentini həbs etməkdən imtina edib.


Geri dön