Ana Sayfa > Karusel / Dünya > Rusiya SSRİ və RSFSR ədliyyə orqanlarının qüvvədə olan hüquqi aktlarını ləğv edəcək
Rusiya SSRİ və RSFSR ədliyyə orqanlarının qüvvədə olan hüquqi aktlarını ləğv edəcək3-09-2024, 14:36. Yazar: Admin |
Rusiya ədliyyə orqanlarının 1991-ci il dekabrın 12-dək qəbul edilmiş bütün formal qüvvədə olan hüquqi aktlarını ləğv edəcək Rusiya Federasiyasının Ədliyyə Nazirliyi SSRİ və RSFSR ədliyyə orqanlarının 1991-ci il dekabrın 12-dən əvvəl qəbul edilmiş bütün formal qüvvədə olan hüquqi aktlarını ləğv etməyi planlaşdırır. Qarabaginfo.az xəbər verir ki, bu barədə RF Ədliyyə naziri Konstantin Çuyçenko kollegiya iclasında bildirib. “SSRİ və RSFSR ədliyyə orqanlarının 1991-ci il dekabrın 12-dək qəbul edilmiş bütün formal qüvvədə olan normativ hüquqi aktlarının ləğv edilməsi haqqında Rusiya Ədliyyə Nazirliyinin əmri hazırlanmışdır və yaxın gələcəkdə imzalanacaqdır. Yalnız ədliyyə orqanlarının digər qurumlarla birgə qəbul etdiyi sovet aktları, xidməti istifadə üçün məlumatlar olan və dövlət sirri təşkil edən aktlar ləğv edilmir”,- deyə nazir vurğulayıb. Çuyçenko izah edib ki, 1991-ci il dekabrın 12-si SSRİ aktlarının ləğvi üçün “kəsmə nöqtəsi” kimi seçilib, çünki bu, MDB-nin yaradılması haqqında sazişin ratifikasiya günüdür. Geri dön |