Ana Sayfa > Karusel / Dünya > Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib
Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib3-09-2024, 13:14. Yazar: Admin |
Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto bildirib ki, gələcəkdə Azərbaycan və Gürcüstandan Macarıstanla Rumıniyaya ekoloji cəhətdən təmiz elektrik enerjisinin idxalına imkan verən layihə geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşır. Buxarestdə Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya yaşıl enerji tərəfdaşlığına həsr olunmuş görüşdə nazir bu çətin dövrdə milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb. Qeyd edək ki, 3 sentyabr tarixində paytaxt Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclası keçirilir. İclasda energetika naziri Pərviz Şahbazov da iştirak edir. Geri dön |