Ana Sayfa > Karusel / Cəmiyyət > Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək


3-09-2024, 12:40. Yazar: Admin

Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 26 sentyabr 2024-cü il tarixində Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı rayon sakinlərini qəbul edəcək.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən bildirilib.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 25 sentyabr tarixinədək Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi 52, əlaqə telefonu +994 22-254-45-15, +994 22-254-48-15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


Geri dön