Ana Sayfa > Karusel / Siyasət > Muxtar Babayev: Azərbaycan COP29-a hazırlıq işlərini davam etdirir
Muxtar Babayev: Azərbaycan COP29-a hazırlıq işlərini davam etdirir3-09-2024, 10:19. Yazar: Admin |
Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib. Qarabaginfo.az xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) prezidenti Muxtar Babayevin jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Azərbaycan COP29-a hazırlıq işlərini davam etdirir: “Həm danışıqlar, həm də forumun keçirilməsi ilə bağlı lazımi işlər təşkil edilir. Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan COP29 komandasının təşəbbüsü ilə yaradılıb. İnanıram ki, bu çox ciddi məsələlərin müzakirəsi üçün önəmli rol oynayacaq". Geri dön |