Ana Sayfa > Karusel / Siyasət > Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır
Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır3-09-2024, 10:18. Yazar: Admin |
İqlim hesabatlılığında şəffaflığı təmin etmək üçün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması bu gün fəaliyyətə başlayır. Qarabaginfo.az xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev deyib. O bildirib ki, bütün proseslər şəffaf aparılmalıdır: "Tərəflər dekabr ayına qədər iqlim dəyişikliyi ilə bağlı hesabatı təqdim etməlidir. Bu gün bu hesabatların uğurlu şəkildə təqdim edilməsi üçün platforma hazırlamışıq. Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması bu gün fəaliyyətə başlayır. Geri dön |