Ana Sayfa > Karusel / Dünya > Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub
Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub2-09-2024, 20:15. Yazar: Admin |
Sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Luka di Canfrançesko ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib.
Geri dön |