Ana Sayfa > Karusel / Dünya > Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV

Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV


2-09-2024, 15:30. Yazar: Admin

 

Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV

"Bloomberg" yazır ki, Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib.

 

Qarabaqinfo.az xəbər verir ki, nəşrin mənbələrinin iddiasına görə, Ankara BRICS üzvlüyünə Rusiya və Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək və Asiya ilə Avropa arasında enerji əməkdaşlığında potensialını inkişaf etdirmək imkanı kimi baxır.

 

Qrupun genişləndirilməsi məsələsinin müzakirə olunacağı növbəti BRICS sammiti oktyabrda Rusiyada - Tatarıstanın paytaxtı Kazanda keçiriləcək.

 

Bundan əvvəl BRICS-də iştirak etmək üçün Azərbaycan, Tailand və Malayziya müraciət etmişdi.


Geri dön