Ana Sayfa > Karusel / Gündəm > Qoşulmama Hərəkatından seçki BƏYANATI

Qoşulmama Hərəkatından seçki BƏYANATI


2-09-2024, 14:37. Yazar: Admin

Qoşulmama Hərəkatından seçki BƏYANATI

"Seçkidən sonra səsvermə bülletenlərinin hesablanması və nəticələrin elan edilməsi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilib".

Qarabaqinfo.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Müşahidə Missiyasının bəyanatında bildirilir.

Qeyd olunur ki, 18 nəfərdən və 6 qrupdan ibarət müşahidəçilər seçkilərin beynəlxalq standartlara uyğun baş tutduğu qənaətindədir:

"Qoşulmama Hərəkatı Gənclər Təşkilatının beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyəti Mozambik, Malavi, Fici, Özbəkistan, Zimbabve, Tanzaniya, Belarus, Uqanda, Malayziya və digər üzv dövlətlərin 18 nəfərdən ibarət olub. Altı qrupdan ibarət nümayəndə heyətimiz Azərbaycan Respublikasının qanunvericiliyə və beynəlxalq standartlara əsasən aparıldığını müşahidə edib. Biz bir sıra seçki dairələrində səsvermə prosesini müşahidə edib. Seçki sonrasında səsvermə bülletenlərinin hesablanması və nəticələrin elan edilməsi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilib. Biz seçki hüququna malik vətəndaşların səsvermə prosesində inklüziv iştirakını müşahidə edə bilmişik. Eyni zamanda səsverməyə gələnlərə lazımi dəstək göstərilib. Bu seçkilərdə iştirakımız bizim üçün yaddaqalan oldu".


Geri dön