Ana Sayfa > Karusel / Kriminal > İnsanlara təqaüd düzəldəcəyini deyib 30 min manatlarını mənimsədi

İnsanlara təqaüd düzəldəcəyini deyib 30 min manatlarını mənimsədi


2-09-2024, 12:04. Yazar: Admin

 

İnsanlara təqaüd düzəldəcəyini deyib 30 min manatlarını mənimsədi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qarabaqinfo.az-a verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan çox pulunu ələ keçirib.

 

M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Geri dön