Ana Sayfa > Karusel / Gündəm > Seçkilər demokratik standartlara uyğun keçirilib - QDİƏT müşahidə missiyası
Seçkilər demokratik standartlara uyğun keçirilib - QDİƏT müşahidə missiyası2-09-2024, 11:03. Yazar: Admin |
"Bizim olduğumuz məntəqələrdə seçicilərin iştirak faizi 38 faizə qədər idi. Seçicilərin iştirak səviyyəsinin aşağı olması təkcə Azərbaycana xas məsələ deyil, bir çox ölkələrin problemidir".
Qarabaqinfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti Ramaz Nikolaeşvili bugünkü mətbuat konfransında bildirib.
"Azərbaycanda keçirilən seçkilər digər ölkələrdəki seçkilərə bənzəmir. Hər bir azərbaycanlı seçkidə yalnız öz istədiyi namizədə səs verirdi. Bunu bizim əldə etdiyimiz nəticələr də sübut edir. Ümumiyyətlə, Azərbaycan xalqı öz qələbəsi ilə qürur duymalıdır. Prezident İlham Əliyevin güclü siyasəti sizə bütöv bir Azərbaycan qazandırdı. Biz öz tərəfimizdən hesab edirik ki, Azərbaycanda bu cür seçkilərin keçirilməsi çox əlamətdar haldır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda həm prezident, həm də parlament seçkilərini keçirməyə müvəffəq oldu. Biz səhərdən axşamadək bir çox məntəqələrdə olduq. Orada müxalifət partiyalarının nümayəndələri də var idi. Müşahidələrimiz zamanı insanlardan da onların fikirlərini soruşduq. Əgər bir ölkədə insanların səsvermə hüququ təmin olunursa, deməli seçkilər uğurlu keçirilib. Biz də deyə bilərik ki, seçkilər baş tutub. Hesab edirəm ki, parlamentin yeni tərkibi formalaşdırıldıqdan sonra bizim ölkələrimiz arasındakı əlaqələr daha da güclənəcək. Biz qanunverici orqanlarımız arasında əməkdaşlığa müsbət yanaşırıq. Azərbaycanın iqtisadi gücə malik olması bizim də marağımızdadır". Mətbuat Konfransında o da bildirilib ki, müşahidə missiyası hər hansı qanun pozuntusu qeydə almayıb:
Serbiya Parlamentinin üzvü İqor Beçiç isə vurğulayıb seçkilərdə əhalinin iştirakı üçün hər cür şərait yaradılıb.
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin müşahidə missiyası müəyyən edib ki, seçkilər bütün demokratik standartlara uyğun olaraq həyata keçirilib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşümüz zamanı da biz öz tərəfimizdən təsdiq etdik ki, seçkilərin keçirilməsi üçün hər kəsə müvafiq şərait yaradılıb. Bizim tərəfimizdən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Mən Yeni Azərbaycan Partiyasını seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə vətəndaşlarının Prezident İlham Əliyevə olan etimadının göstəricisidir. Azərbaycanla Serbiya arasındakı strateji əməkdaşlıq yüksək səviyyədədir. Bu da qarşılıqlı etimadın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasındakı münasibətlər ikitərəfli münasibətlərin inkişafı üçün mühüm önəm daşıyır" - deyə, o vurğulayıb. Geri dön |