Ana Sayfa > Karusel / Dünya > Papa Fransisk Yaxın Şərqdə sülhün zəruriliyini bildirib

Papa Fransisk Yaxın Şərqdə sülhün zəruriliyini bildirib


1-09-2024, 22:47. Yazar: Admin

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib.

Pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri atəşkəs üçün danışıqları dayandırmamağa çağırıb.

Roma Papası Qəzzada ən qısa zamanda atəşkəsə nail olmağın zəruriliyini bildirib, münaqişənin Fələstinin digər şəhərlərinə yayılma riskindən narahatlığını ifadə edib.

O, girovların azad edilməsinin və müxtəlif xəstəliklərin yayıldığı Qəzzada insanlara yardım etməyin vacibliyini vurğulayıb.

“Müqəddəs torpaqda əmin-amanlıq, Qüdsdə sülh olsun. Qoy müqəddəs şəhər xristianların, yəhudilərin və müsəlmanların hörmət olunduğu və xoş qarşılandığı görüş yeri olsun, heç kim müqəddəs yerlərdə status-kvonu şübhə altına almasın”, – deyə pontifik əlavə edib.


Geri dön