Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlanıb
İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlanıb1-09-2024, 18:14. Yazar: Admin |
|
İran Prezidenti İbrahim Rəisinin və digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzasının əsas səbəbi kimi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti göstərilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə helikopter qəzasının səbəblərini araşdıran Ali Komissiyanın yekun hesabatı dərc olunub. Hesabatda deyilir ki, yaz aylarında, birdən-birə sıx duman kütləsi hündürlüyünə doğru yüksəlib və nəticədə helikopter dağa çırpılıb. Hesabatda o da qeyd edilir ki, qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya şəraiti diqqətlə ekspertizadan keçirilib və nəticə alınıb. Eyni zamanda, son 4 ildə helikopterin təmiri ilə bağlı sənədlərə də ekspertlər tərəfindən baxılıb və görülən işlər zamanı heç bir problem müşahidə olunmayıb. Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb. Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub. Geri dön |