Ana Sayfa > Karusel / Region > Belarusun futbol komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun futbol komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək


1-09-2024, 16:14. Yazar: Admin

Belarusun futbol komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Konfrans Liqası matçlarına ev sahibliyi edəcək.
Qarabaginfo.az xəbər verir ki, Belarusun “Dinamo Minsk” komandası Konfrans Liqasının ev oyunlarını Azərbaycanın Sumqayıt şəhərində keçirəcək.
Belarus çempionları ölkəmizdə üç oyun oynayacaq.

Oktyabrın 3-də "Harts" (başlama saatı 19.45), noyabrın 28-də "Kopenhagen" (20.45) və dekabrın 12-də "Larne" komandaları ilə oyunlara Sumqayıt ev sahibliyi edəcək.

Qeyd edək ki, buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır.

Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.


Geri dön