Ana Sayfa > Karusel / Region > Rusiya Xarkovda mülki infrastruktura zərbələr endirib, 25 nəfər yaralanıb
Rusiya Xarkovda mülki infrastruktura zərbələr endirib, 25 nəfər yaralanıb1-09-2024, 16:07. Yazar: Admin |
Rusiyanın Xarkova 10-dan çox ballistik raketlə zərbələr endirməsi nəticəsində 25 nəfər yaralanıb. Qarabaginfo.az-ın “unian“a istinadən məlumatına görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Zərbələr nəticəsində bir neçə mağaza, ticarət mərkəzi, həyət evləri və avtomobillər yanaraq yararsız hala düşüb, şəhərin infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib. Geri dön |