Ana Sayfa > Karusel / Dünya > Bayden Qəzzada altı israilli girovun öldürülməsinə görə qəzəblənib

Bayden Qəzzada altı israilli girovun öldürülməsinə görə qəzəblənib


1-09-2024, 14:52. Yazar: Admin

Bayden Qəzzada altı israilli girovun öldürülməsinə görə qəzəblənib

ABŞ Prezidenti Co Bayden Qəzzada İsrail əsilli amerikalı Herş Qoldberq-Pol də daxil olmaqla altı girovun öldürülməsinə görə qəzəblənib.

Qarabaginfo.az xəbər verir ki, Bayden deyib ki, “HAMAS liderləri bu cinayətin əvəzini ödəyəcəklər”.

“Herşin ölümünə görə sarsıldım, qəzəbləndim və ürəyim qırıldı. Səhv etməyin, HAMAS liderləri bu cinayətin əvəzini ödəyəcəklər”, - Bayden qeyd edib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah tunelindən altı girovun meyitini tapdığını açıqlayıb.


Geri dön