Ana Sayfa > Karusel / Gündəm > Eldar Əzizov səs verdi

Eldar Əzizov səs verdi


1-09-2024, 12:47. Yazar: Admin

Eldar Əzizov səs verdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə  səsvermə hüququndan istifadə edib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. 

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.


Geri dön