Ana Sayfa > Karusel / Dünya / Gündəm > Təmir işləri ilə əlaqədar Bakının bir sıra yerlərində suyun verilməsində fasilə yaranacaq

Təmir işləri ilə əlaqədar Bakının bir sıra yerlərində suyun verilməsində fasilə yaranacaq


1-09-2024, 08:20. Yazar: Admin

 

Təmir işləri ilə əlaqədar Bakının bir sıra yerlərində suyun verilməsində fasilə yaranacaq

Bibiheybətdən keçən magistral su kəmərində təmir işləri aparılacaq.

Bu barədə Qarabaqinfo.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar sentyabrın 3-ü saat 06:00-dan 21:00-dək Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, İvan Çernyaxovski, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.


Geri dön