Ana Sayfa > Karusel / Dünya > KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib
KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib1-09-2024, 07:22. Yazar: Admin |
2023-cü ilin oktyabr ayından İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti İordan çayının qərb sahilində 11 mindən çox hücum əməliyyatı keçirib, bu əməliyyatlar zamanı 600-dən çox terrorçu məhv edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu reydlər zamanı 5 minə yaxın adam həbs edilib, onlardan 2 minə yaxınının radikal HƏMAS hərəkatının üzvü olduğu müəyyən edilib. Bu müddət ərzində İsrail Hərbi Hava Qüvvələri İordan çayının qərb sahilində 70-ə yaxın hava hücumu həyata keçirib və nəticədə 100-ə yaxın terrorçu məhv edilib. Geri dön |