Ana Sayfa > Karusel / Dünya > “Durovun həyatı təhlükə altındadır”
“Durovun həyatı təhlükə altındadır”31-08-2024, 19:25. Yazar: Admin |
Fransa Vətənpərvər Partiyasının lideri Florian Filippot teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun həyatının təhlükə altında olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, siyasətçi bu haqda “X” sosial şəbəkəsində yazıb. “Pavel Durov sayıq olmalıdır, onun həyatı təhlükədə ola bilər!”, – o qeyd edib. Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir. Geri dön |