Ana Sayfa > Karusel / Cəmiyyət > Sumqayıtda səkkiz ayda 58 min protokol yazılıb
Sumqayıtda səkkiz ayda 58 min protokol yazılıb31-08-2024, 13:49. Yazar: Admin |
Sumqayıt Şəhər Polis İdarəsinin DYP Şöbəsi profilaktik tədbirlər həyata keçirir. “Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sonuncu tədbir zamanı yol polisləri şəhər ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə iş aparıb. Piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə məlumat verilib. Tədbir zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər, nəqliyyatın intensiv olduğu küçələrdə hərəkət edən velosipedçilər, təhlükəsizlik qaydalarına əməl etmədən motosiklet və moped idarə edən şəxslər də müəyyən ediliblər. Həmçinin avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər də aşkar olunub. Həmin sürücülər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına yol verən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən, sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bildirilib ki, ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib. Bunlardan 156-sı avtomobili sərxoş vəziyyətdə, 102-si narkotiklərin təsiri altında idarə edən, 199-u piyadalara yol verməyən, 11-i avtoxuliqanlıq edən, 5003-ü üfüqi nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib. Həmçinin ilin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib. Geri dön |