Ana Sayfa > Karusel / Region > Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib 

Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib 


31-08-2024, 11:30. Yazar: Admin

Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib - YENİLƏNİB

Kamçatkada radardan itən helikopterin göyərtəsində 22 nəfər olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı Mi-8-də turistlərin ola biləcəyini yazıb.

Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.


Geri dön