Ana Sayfa > Karusel / Dünya > NATO-nun baş katibi: Ukraynanın Kurska hücumu tam qanunidir

NATO-nun baş katibi: Ukraynanın Kurska hücumu tam qanunidir


31-08-2024, 10:47. Yazar: Admin

NATO-nun baş katibi Yens Stoltenberq

 

Ukraynanın Kurska hücumu özünümüdafiə xarakterli olmaqla, tam olaraq qanunidir.

Qarabaginfo.az xəbər verir ki, bunu “Die Welt” nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib:"Ukrayna özünü müdafiə etmək hüququna malikdir və beynəlxalq hüquq əsasında həyata keçirilən bu tədbir yalnız Ukraynanın öz sərhədləri ilə məhdudlaşmır. Rusiyanın Kursk ərazisindəki əsgərləri, tankları və hərbi bazaları Ukrayna ordusu üçün qanuni hədəfdir”.

Stoltenberq, həmçinin Almaniya hökumətini Ukrayna ilə bağlı öhdəliklərinə sadiq qalmağa çağırıb.


Geri dön