Ana Sayfa > Karusel / Təhsil > Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb


30-08-2024, 21:23. Yazar: Admin

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

" Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər".

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib.


Geri dön