Ana Sayfa > Karusel / Dünya > Rusiya Afrikadakı muzdlu döyüşçülərini Kurska gətirir

Rusiya Afrikadakı muzdlu döyüşçülərini Kurska gətirir


30-08-2024, 15:03. Yazar: Admin

Rusiya Kursk bölgəsini müdafiə etmək üçün Afrikada olan muzdlu döyüşçülərini ora köçürür.

Qarabaginfo.az bildirir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Məqalədə deyilir ki, Afrikanın Burkina-Faso ölkəsində yerləşən “Medvedi” Bears PMC-nin hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün Kursk bölgəsinə göndəriləcək.

Nəşr öyrənib ki, bu briqadada yüzə yaxın adam var. Onlar Burkina-Fasoda bir sıra əsas siyasi fiqurların, o cümlədən, hərbi xuntanın başçısı, kapitan İbrahim Traorenin təhlükəsizliyini təmin ediblər.

İndi onlar “çantalarını yığırlar”.  Ukrayna ordusunun avqustun 6-da Kursk vilayətində başlayan hücumuna qarşı Rusiyanın müdafiə səylərində iştirak etmək üçün yola düşürlər.


Geri dön