Ana Sayfa > Karusel / Dünya > Kreml Putinin səfər edəcəyi Monqolustanın BCM üzvü olmasından heç bir narahatlıq keçirmir

Kreml Putinin səfər edəcəyi Monqolustanın BCM üzvü olmasından heç bir narahatlıq keçirmir


30-08-2024, 14:25. Yazar: Admin

Putin Moxberlə danışıqlar APARDI

Rusiya prezidenti Vladimir Putinin səfəri kontekstində Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü ilə bağlı Kremldə heç bir narahatlıq yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalistlərin Monqolustanın BCM-nin yurisdiksiyasını tanıması ilə bağlı Kremldə hər hansı narahatlığın olub-olmaması ilə bağlı sualına Putinin sözçüsü belə cavab verib:

“Xeyr, narahatçılıq yoxdur. Monqolustan dostlarımızla əla dialoqumuz var", - Peskov qeyd edib.
Peskovdan “BCM-nin Putinin həbsi ilə haqqında verdiyi orderlə bağlı” Monqolustan hakimiyyəti ilə danışıqların olub-olmaması da soruşulub. “Əlbəttə, səfərin bütün aspektləri diqqətlə hazırlanıb”, - deyə Kremlin rəsmi nümayəndəsi cavab verib.
Qeyd edək ki, Rusiya liderinin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcəyi, burada Sovet və Monqolustan silahlı qüvvələrinin “Xalxın-Qol” çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcəyi gözlənilir.


Geri dön