Ana Sayfa > Karusel / Gündəm > İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib

İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib


21-10-2020, 13:57. Yazar: Admin

İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailzadə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsini pisləyib.

Qarabaginfo.az-ın məlumatına görə, V. İsmailzadə dünya ictimaiyyətinin Ermənistanın hərbi cinayətləri qarşısında susmasına təəssüfləndiyini bildirib.

“Ermənistanın müsəlman Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu və orada dinc sakinlərin, o cümlədən uşaqların öldürülməsini pisləyirəm”, - deyə V. İsmailzadə qeyd edib.

İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib


Geri dön