Ana Sayfa > Karusel / Dünya > ÜST Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıb

ÜST Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıb


30-08-2024, 13:43. Yazar: Admin

ÜST Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi göndərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

ÜST rəsmisi bildirib ki, 640 mindən çox uşağı poliomielit xəstəliyinə qarşı peyvənd etmək üçün sentyabrın 1-də keçiriləcək kampaniyadan əvvəl Qəzzaya təxminən 1,2 milyon peyvənd dozası çatdırılıb.

Qeyd edək ki, ÜST-nin işğal olunmuş Fələstin əraziləri üzrə nümayəndəsi Rik Peeperkorn, təxminən 400 min əlavə dozanın əraziyə göndəriləcəyini bildirib.


Geri dön