Ana Sayfa > Karusel / Manşet / Siyasət > Azərbaycan Prezidenti: Ermənistan qəsdən vaxt uzadır, yeni silahlar alır, ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir

Azərbaycan Prezidenti: Ermənistan qəsdən vaxt uzadır, yeni silahlar alır, ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir


30-08-2024, 13:28. Yazar: Admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.

Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlət başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.


Geri dön