Ana Sayfa > Karusel / Dünya > Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib


30-08-2024, 07:30. Yazar: Admin

Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fələstin-İsrail münaqişəsindən danışarkən müharibənin bitməli olduğunu deyib.

Qarabaginfo.az xəbər verir ki, Harris bunu cümə axşamı CNN telekanalına müsahibəsi zamanı deyib.

"Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında razılığa gəlməliyik. Bu müharibə başa çatmalıdır", - deyə o bildirib.

Harris həmçinin bildirib ki, o, İsrail-Fələstin münaqişəsinin həlli üçün münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir.


Geri dön