Ana Sayfa > Karusel / Təhsil > Bu gün şagirdlərin yerdəyişməsi dayandırılır

Bu gün şagirdlərin yerdəyişməsi dayandırılır


30-08-2024, 07:27. Yazar: Admin

Bu gün şagirdlərin yerdəyişməsi dayandırılır

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 30 avqust saat 18:00-da dayandırılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edilib ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb.

Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.


Geri dön