Ana Sayfa > Karusel / Qarabağ > Hərbi hissə komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

Hərbi hissə komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi


21-10-2020, 13:05. Yazar: Admin

 

Hərbi hissə komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.

Qarabaginfo.az xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.

Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan. "Report"


Geri dön