Ana Sayfa > Karusel / Dünya > Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir

Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir


29-08-2024, 14:00. Yazar: Admin

Kremlin mətbuat katibi Dmitri Peskov

 

Kreml "Telegram"ın qurucusu Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, Kremlin sözçüsü Durovun hələ də Rusiya Federasiyasının vətəndaşı olduğunu söyləyib.

Onun sözlərinə görə, Durovun Fransada müdafiəsi üçün lazım olan hər şey var.

Peskov Durovun məhkəməsinin siyasi təqibə çevrilməməsinin vacib olduğunu vurğulayıb.


Geri dön