BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzza zolağı boyunca humanitar yardım avtomobilləri də daxil olmaqla, bu quruma məxsus nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
Qarabaginfo.az “BBC“yə istinadən xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərar avqustun 27-də humanitar yardım karvanını müşayiət edən avtomobilin atəşə tutulmasına cavab olaraq verilib.
Qurum həmçinin, İsrail hökumətini bu silahlı insidenti araşdırmağa çağırıb.