Ana Sayfa > Karusel / Siyasət / Dünya > Rusiya XİN: Beynəlxalq təşkilatlar Parisin Durova qarşı hərəkətlərini pisləməlidir

Rusiya XİN: Beynəlxalq təşkilatlar Parisin Durova qarşı hərəkətlərini pisləməlidir


28-08-2024, 17:28. Yazar: Admin

 

Rusiya XİN-dən Durovla bağlı yeni açıqlama

Rusiya "Teleqram"ın rəhbəri Pavel Durovun azadlığa çıxması üçün beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, beynəlxalq təşkilatlar söz azadlığını qorumaq üçün öz mandatlarını yerinə yetirməlidir.

O, beynəlxalq təşkilatların Parisin Durova qarşı hərəkətlərini pisləməli olduğunu da söyləyib.


Geri dön