Ana Sayfa > Karusel / Gündəm > Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatdı

Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatdı


21-10-2020, 10:09. Yazar: Admin

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

 

Mərkəzdən Qarabaginfo.az-a verilən məlumata görə, oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.

 

İmtahan kompüter vasitəsilə keçiriləcək.


Geri dön