Ana Sayfa > Karusel / Gündəm > Avropa Məhkəməsi Hüseyn Abdullayevlə bağlı qərar verib

Avropa Məhkəməsi Hüseyn Abdullayevlə bağlı qərar verib


28-08-2024, 13:30. Yazar: Admin

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan keçmiş deputat və iş adamı Hüseyn Abdullayevlə bağlı qərar verib.

Vəkil Cavad Cavadov bildirir ki, qərara görə, Azərbaycan hökuməti H.Abdullayevin hər hansı təcili tibbi müdaxiləyə ehtiyacı olub-olmadığını müəyyən etmək üçün onu əlavə hərtərəfli müayinələrdən keçirməli və bununla bağlı məhkəməyə məlumat verməlidir. “Eyni zamanda, Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən, onun işinə prioritet qaydada baxılması qərara alınıb”, – vəkil əlavə edib.

Qeyd edək ki, Hüseyn Abdullayevlə bağlı təcili tədbir görülməsi üçün Avropa Məhkəməsinə məktub göndərilib.

Keçmiş deputat Hüseyn Abdullayev 6 ildən çoxdur həbsdədir. Sağlıq durumuna görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulub.


Geri dön