Ana Sayfa > Karusel / Dünya > Zaxarova: Rusiya AEBA-dan "Kursk" AES ilə bağlı obyektiv mövqe gözləyir
Zaxarova: Rusiya AEBA-dan "Kursk" AES ilə bağlı obyektiv mövqe gözləyir28-08-2024, 10:24. Yazar: Admin |
Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin “Kursk” Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı daha obyektiv mövqe sərgiləməsini gözləyir. Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib ki, sözü gedən qurumun indiyədək bu istiqamətdəki açıqlamaları konkret məqsədlərə xidmət edib: “Biz bu qurumdan daha obyektiv açıqlamalar gözləyirik. Söhbət təkcə bizim mövqeyimizi dəstəkləməkdən yox, faktı olduğu kimi etiraf etmək və stansiyanın təhlükəsizliyi üçün görülməli olan tədbirlərdən gedir. Bizim üçün əsas məsələ vəziyyətin fəlakət həddinə çatdırılmasına imkan verilməməsindən ibarətdir”. Qeyd edək ki, bir qədər əvvəl AEBA-nın rəhbəri Rafael Qrossi həmin nüvə obyektinə səfəri zamanı oradakı vəziyyətin mürəkkəb olduğunu açıqlayıb. Geri dön |