Ana Sayfa > Karusel / Qarabağ > Qardaşları Çingizin şəhid olduğu yeri ZİYARƏT ETDİLƏR - VİDEO
Qardaşları Çingizin şəhid olduğu yeri ZİYARƏT ETDİLƏR - VİDEO28-08-2024, 09:46. Yazar: Admin |
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Çox sağ olsun, həmən müsbət cavabla bizi sevindirdi... Və mən, qardaşım Seyfulla, Sevda Həsənova (Böyük Seva) və oğlum Çingiz Mustafayev Qarabağa yollandıq - qardaşım Çingizin ad günü ərəfəsində onun Şəhid olduğu ərasini ziyarət etmək üçün”. Qarabaginfo.az xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bildirib. “Niyə getdim ora? Son vaxtlar onunla bu döyüşdə olmayan, ümumiyyətlə “Naxçıvanik”də olmayan, yazı yazıb video çəkənlər qardaşım Çingizin həlak olduğu yer barədə düzgün olmayan məlumatlar veriblər millətə. Bunu belə qoymaq olmazdı. Külli miqdarda yerli və xarici Çingizsevərlər onu ziyarət etmək istəyəcək və buna görə də Çingizin şəhid olduğu yeri dəqiq bilməlidirlər! Bu idi amalım. Yerinə yetirdim! Allah btün Şəhidlərimizə rəhmət eləsin, elə Çingizə də, o toyunda oynaya bilmədiyim adsız qardaşıma da. Lakin 1992-ci ildən fərqli olaraq bu dəfə “Naxçıvanik”ə mənimlə gedən Çingiz Mustafayevlə geri qayıtdım. Şükür Allaha! 9 yaşı var və inşaAllah, həyatında müharibə görməz!”. Geri dön |