Ana Sayfa > Karusel / Hadisə > Kuşadasındakı hoteldə azərbaycanlı kişinin meyiti tapıldı
Kuşadasındakı hoteldə azərbaycanlı kişinin meyiti tapıldı28-08-2024, 09:34. Yazar: Admin |
Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasındakı hotel otağında ölü tapılıb. Qarabaginfo.az Musavat.com-a istinadən xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq. Bildirilir ki, hadisə dünən saat 13.30 radələrində Kadınlar Dənizi məhəlləsində yerləşən 5 ulduzlu oteldə baş verib. Əldə edilən məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gedib. M. Məmmədov səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa qalxıb. Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər. Xəbərdarlığın ardından otelə 112 Təcili Tibbi Yardım və polis qrupları cəlb edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən olunub. Onun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq. Onun Azərbaycanda mühafizəçi kimi fəaliyyət göstərdiyi qeyd olunub. Geri dön |