Finlandiya Ukraynanı uzaqmənzilli dəqiq silahlarla təmin edə bilməz.
Qarabaginfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb “YLE” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Finlandiya Rusiyanın qərb qonşusudur və NATO üzvü olan ölkənin “müdafiə müharibəsində” öz rolu var.
Stubbın fikrincə, Ukraynada sülhə aparan ən yaxşı yol “Kiyevi Qərbdən silahlandırmağa davam etməkdir”.